Gültəkin Şirinova: "Avropa çempionatında qazandığım gümüş medalı qızıla çevirəcəyəm"
Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatında gümüş medal qazanan Gültəkin Şirinova (55 kq) növbəti yarışlarda qızıl medal əldə etməyi hədəfləyir.
İdmançı bu barədə "Report"a açıqlamasında bildirib.
O, qızıl medal qazana bilmədiyi üçün məyus olub:
"Yarışa çox yaxşı hazırlaşmışdıq. Şəxsi məşqçim Mehman Allahverdiyevə dərin təşəkkürümü bildirirəm, üzərimdə böyük əziyyəti var. Gümüş medal qazandım. Bu gün çox istəyərdim ki, medalım qızıl olsun, amma hər şey qismətdən asılıdır. Çempion ola bilmədiyim üçün çox məyusam. İnşallah, daha ciddi hazırlaşıb bu gümüşü qızıl medala çevirəcəyəm".
Qeyd edək ki, Gültəkin Şirinova finalda macarıstanlı Gerta Terekə məğlub olub.
Oxşar xəbərlər
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Günay Qurbanova Avropa çempionatında qızıl medal qazanıb - YENİLƏNİB-2
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













