Azərbaycanda sosial layihə çərçivəsində ipotekaya yararlı yeni mənzillər satışa çıxarılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi sosial layihə çərçivəsində kvadratmetri bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı olan yeni mənzillər satışa çıxarıb.
"Far.Az" nazırliyə istinadən xəbər verir ki, mənzillərin kvadratmetr qiyməti 435-830 manat intervalında müəyyən edilib.
Paytaxt Bakının Ümid qəsəbəsində, eləcə də Abşeron və Samux rayonlarında yerləşən yeni yaşayış komplekslərindəki bu mənzillərin hər biri aşağıdakı xüsusiyyətlərə malikdir:
- 3 və 4 otaqdan ibarətdir, tam təmirli vəziyyətdədir və əvvəllər istifadə olunmayıb,
- Çıxarışı mövcuddur, ipoteka krediti vasitəsilə əldə etmək üçün uyğundur.
Mənzillər barədə ətraflı məlumat ms.sosial.gov.az portalında əldə edilə bilər. Mənzili həmin portalda "Bron et" düyməsinə basmaqla rezerv etmək mümkündür.
Hər bir mənzili maksimum 3 nəfər bron edə bilər. Əgər ilk bron edən şəxs mənzili almaqdan imtina edərsə, alış hüququ növbə ilə bron etmiş digər şəxsə ötürülür.
Mənzili bron edərək satın alan şəxslə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında 10 gün ərzində alqı-satqı müqaviləsi rəsmiləşdirilir.
Oxşar xəbərlər
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda kvadratı 435-850 AZN olan mənzillər SATIŞDA
Bakıda kvadratı 435 AZN-dən başlayan mənzillər SATIŞDA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub













