Gürcüstanda iki yeniyetmə azərbaycanlı boks üzrə ölkə çempionu olub - YENİLƏNİB
Far.Az xəbər saytı

Gürcüstanda iki yeniyetmə azərbaycanlı boks üzrə ölkə çempionu olub - YENİLƏNİB


Gürcüstanda yaşayan yeniyetmə azərbaycanlı Ramil Mahmudov boks üzrə ölkə çempionu olub.

"Report"un yerli bürosu xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan Ramil Mahmudov isə həlledici qarşılaşmada İliya Sanikidze üzərində qələbə qazanaraq çempionluq tituluna yiyələnib.

Qeyd edək ki, Rustavi şəhərinin təmsilçisi, 46 kq çəki dərəcəsində çıxış edən Cəsur Qəhrəmanov da final görüşündə erməni rəqibi Nodar Oqancanyanı məğlub edərək ölkə çempionu olub.

Beləliklə hər iki idmançı 15 yaşadək boksçular arasında keçirilən Gürcüstan çempionatında uğurlu çıxış edərək qızıl medal əldə ediblər.

Gənc boksçuların əldə etdiyi bu nailiyyət Gürcüstanda yaşayan azərbaycanlı idmançıların uğurlarına növbəti töhfə kimi qiymətləndirilir.

Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu olub.

"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstanda yaşayan, Rustavi şəhərinin təmsilçisi Casur Qəhrəmanov 15 yaşadək boks üzrə Gürcüstan çempionatının qalibi olub.

O, 46 kq çəki dərəcəsində keçirilən final görüşündə erməni rəqibi Nodar Oqancanyanı məğlub edərək çempionluq tituluna yiyələnib.

Beləliklə, yeniyetmə idmançı Gürcüstan çempionatının qızıl medalına sahib olub.

Oxşar xəbərlər

"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər