Mahir Emreli: "Beş dəqiqə oynasam belə, özümü sübut etməyə çalışıram"
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern" klubunda beş dəqiqə oynasa belə, əlindən gələni edir.
BAKU.WS report-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu bunu "Treffpunkt-betze" nəşrinə açıqlamasında bildirib.
Forvard II Bundesliqanın XXVI turunda "Karlsrue" ilə oyunda qol vurması barədə danışıb:
"Azarkeşlər çox sayda mesajlar göndərdilər. Mənə inandıqlarını göstərdilər. Derbi atmosferi digər matçlardan fərqlidir. Baş məşqçi ilə yaxşı münasibətim var. Zədəli olanda komandadan bir az uzaqda qaldım. Baş məşqçidən daha çox oyun vaxtı qazanmaq üçün nə edə biləcəyimi soruşdum. O, məşqdəki çıxışlarımdan razıdır. Cəmi beş dəqiqə oynasam belə, əlimdən gələni edirəm və özümü sübut etməyə çalışıram".
Sözügedən qarşılaşmada komandasının sonuncu qoluna imza atan M.Emreli onun üçün emosional an olduğunu vurğulayıb:
"Çünki son bir neçə həftə və ay çətin dövr oldu. Belə qarşılaşmada, fantastik atmosferdə ilk qolumu vurmaq ("Kayzerslautern" forması ilə II Bundesliqada) məni çox xoşbəxt edir. Xüsusən də zədə səbəbindən yaranan uzun fasilədən sonra".
Qeyd edək ki, "Kayzerslautern" "Karlsrue"ni üç cavabsız qolla üstələyib. 83-cü dəqiqədə meydana çıxan Mahir Emreli 90+4-cü dəqiqədə komandasının üçüncü qolunu vurub.
Oxşar xəbərlər
Azərbaycanda meyvə bağını şaxta vurması üzrə 712 min manat sığorta ödənişi edilib
Mahir Emreli qol vurub, "Kayzerslautern" qələbə qazanıb
Zədəsi sağalan Mahir Emreli əlavə testlərdən keçəcək
Mahir Emreli: "Bu mövsüm daha çox qol vurmaq istəyirəm"
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-da faydalı qazıntıların hasilatına 3 milyard dollar investisiya qoyulacaq
-
Abelardo de la Espriellya Kolumbiya prezidenti vəzifəsinin icrasına başlayıb
-
Britaniyada partiya lideri Milli Cinayət Agentliyini məhkəməyə verib
-
ABŞ-da meşə yanğınının söndürülməsində iştirak edən helikopter qəzaya uğrayıb
-
Vaşinqton "Qızıl Günbəz"in sınaqlarına gələn il başlamağı planlaşdırır
-
Pentaqon naməlum uçan obyektlər haqqında növbəti materiallar yayımlayıb













