Dilarə Kazımova DJ oldu - 5 hitini remiks etdi
Far.Az xəbər saytı

Dilarə Kazımova DJ oldu - 5 hitini remiks etdi


Avroviziya təmsilçimiz Dilarə Kazımova uzun müddətdir anonsunu verdiyi yeni musiqi layihəsini təqdim edib.

BAKU.WS xəbər verir ki, sənətçi "Running", "PUL", "Dəli", "Xarizma" və "Zəng-zəng" adlı mahnılarını yeni remiks versiyalarında dinləyicilərə təqdim edib.

Layihədə DJ Hafex, DJ Vugarixx, DJ N.E.Z və almaniyalı DJ Jojo iştirak ediblər. "PUL"un yeni versiyası Fidan Aliva, "Dəli"nin remiksi isə Dilarə Kazımova tərəfindən hazırlanıb.

Beş kompozisiyanı bir araya gətirən "Remix Set (Medley)" adlı ekran işi xüsusi vizual konsepsiya əsasında ərsəyə gəlib. Layihənin ideyası Dilarə Kazımovaya məxsusdur. Klipin rejissorluğunu isə müğənni özü "Toxy-Foxy" yaradıcı heyəti ilə birlikdə həyata keçirib.

Ekran işi üçün xüsusi məkan seçilib, fərqli obrazlar hazırlanıb və vizual estetika əsas diqqət mərkəzində saxlanılıb. Dilarə klipdə DJ obrazında iki fərqli geyimdə kamera qarşısına keçib. Ekran işində sənətçinin dostları da yer alıblar. Hər zaman tərzi ilə diqqət çəkən sənətçinin klipdəki stili üzərində özü və Jalə Bağırova çalışıb.

Yeni layihəsindən danışan Dilarə Kazımova bunu yaradıcılığında növbəti yenilik kimi dəyərləndirib. O, Azərbaycanın ilk proqressiv ritmik janrlı layihəsi kimi təqdim etdiyi "Remix Set (Medley)"in dinləyicilərə noyabrın yağışlı günlərində xoş əhval bəxş edəcəyinə ümid etdiyini bildirib.

Sənətçi beş mahnının hər birinin özünəməxsus fərqliliyi olduğunu vurğulayaraq layihənin bütün rəqəmsal musiqi platformalarında əlçatan olduğunu qeyd edib.

Oxşar xəbərlər

Dilarə Kazımovadan YENİLİK: Qadın mafiya lideri obrazında
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Aygün Kazımovaya doğum günündə SÜRPRİZ ETDİLƏR
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər