Həmcinslərini xaricdə yaşayan Qabil Məmmədovla qorxudub şantaj edən qadına hökm oxunub
Almaniyada yaşayan və özünü bloqer kimi təqdim edən Qabil Məmmədov vasitəsilə zərərçəkmişlərə hədə-qorxu gələrək onların pulunu ələ keçirməkdə ittiham olunan Qönçə Məmmədovanın məhkəməsi yekunlaşıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq, Qönçə Məmmədova altı il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Elvin Mirzəyev ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.
Qeyd edək ki, 55 yaşlı Qönçə Məmmədova qanunsuz olaraq vətəndaşlara sələm verərək göstərdiyi xidmət qarşılığında müştərilərindən faiz alıb.
Q.Məmmədova 13 nəfərə 92 min 760 min manat pulu sələmə verib, hesabladığı faizlərlə birlikdə onlardan əlavə 51 min 675 manat pul alıb. Qadının bu və digər əməllərinin üstü müştərilərindən ikisini şantaj etdikdən sonra açılıb.
İstintaq materiallarında qeyd edilib ki, Q.Məmmədova ondan pul götürən Gülayə Quliyeva və Fəridə Fərzəliyevaya borclarından əlavə pul hesablayıb. Zərərçəkmiş şəxslər sələmçinin tələbləri ilə razılaşmadıqda isə şantaj olunublar.
Təqsirləndirilən şəxs həmcinslərini şantaj etmək üçün maraqlı yola əl atıb. O, zərərçəkmişləri üçüncü şəxs vasitəsilə tanıdığı, hazırda Almaniyada yaşayan bloqer Qabil Məmmədovla hədələyib.
Zərərçəkmiş xanımlar şikayətlərində yazıblar ki, Qönçə Məmmədova onlara "YouTube" platforması və sosial şəbəkələrdə Qabil vasitəsilə rüsvay edəcəyini, şərəf və ləyaqətlərini alçaldacağını deyib. Onlar razılaşmadıqda isə özlərinin və qohumlarının sosial şəbəkə hesablarından toplanmış şəkil və videolar Qabilə göndərilib.
Qönçə Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 192-ci (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Borcluları Qabil Məmmədovla şantaj edən qadının evindən tapılan pullar kimə məxsusdur? - MƏHKƏMƏ
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
"Qabil Məmmədov mənim şəkillərimi yayıb, şərəfimi təhqir edib" - MƏHKƏMƏ
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













