"Neftçi" Emin Mahmudovun qolu ilə tarixə keçdi
Far.Az xəbər saytı

"Neftçi" Emin Mahmudovun qolu ilə tarixə keçdi


"Neftçi" Azərbaycan çempionatlarında 150-ci penaltisini vurub.

Far.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXIV turunun "Qəbələ" ilə səfər matçına (3:1) təsadüf edib.

Emin Mahmudov komandasının ikinci qoluna 11 metrlik cərimə zərbəsindən imza atıb.

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan "ağ-qaralar" 34 mövsümdə vurduqları 150 penaltidən 120-ni qola çeviriblər. Paytaxt təmsilçisinin dəqiqlik faizi 80-ə bərabərdir.

"Neftçi" turnirin tarixi ərzində vurulan penalti sayında yalnız "Qarabağ"dan geri qalır. Hər iki komanda 1992-ci ildən Premyer Liqanın (əvvəl güclülər dəstəsi) daimi iştirakçısıdır.

Qeyd edək ki, "Neftçi" ilk penaltisini 1992-ci il mayın 8-də Sumqayıt "Xəzər"i ilə qarşılaşmada vurub. Yunis Hüseynov komandasına 1:0 hesablı qələbə qazandıran qola imza atıb.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər