Zəfərdən Şuşaya uzanan yol: AAYDA-dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx
Far.Az xəbər saytı

Zəfərdən Şuşaya uzanan yol: AAYDA-dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 8 Noyabr – Zəfər Günü münasibətilə xüsusi videoçarx hazırlayıb.

Far.Az xəbər verir ki, videoçarxda 2020-ci ildə Vətən müharibəsinə yollanan hərbçinin ailəsi ilə vidalaşması, altı il sonra isə bir uşağın Şuşa arzusu və bu arzunun gerçəkləşməsi üzərindən tarixi Zəfərin mənəvi dəyəri əks etdirilir.

Emosional süjet xətti ilə hazırlanan videoçarxda Şuşaya aparan Zəfər yolunun tikintisi və hazırkı görüntülərinə xüsusi yer ayrılıb. 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı keçirilən Zəfər yolunun istifadəyə verilməsindən bu gün 5 il ötür.

Videoçarxın əsas ideyası Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə azad Şuşaya aparan Zəfər yolu arasında mənəvi bağlılığı nümayiş etdirmək, qəhrəmanlıqla yazılan tarixin bu gün quruculuqla davam etdirildiyini çatdırmaqdır.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Bakıda Zəfər muzeyinin açılışı olub
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər