Şəmkirdə dəhşət: 50 yaşlı kişi qonşusunun boynunu qırdı - TƏFƏRRÜAT
Far.Az xəbər saytı

Şəmkirdə dəhşət: 50 yaşlı kişi qonşusunun boynunu qırdı - TƏFƏRRÜAT


Şəmkir rayonunda 50 yaşlı kişi həmyerlisinin boynunu qırıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə Şəmkir rayonu, İpək yolu qəsəbəsi ərazisində baş verib.

Rayonun Dəllər qəsəbə sakini, 1976-cı il təvəllüdlü Rasim Məmmədov (soyadı şərtidir) Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində özünə məxsus sahədə yonca əkib. O, həmin ərazini biçəndən sonra yoncanın yenidən yetişməsi üçün oranı sulayıb. Rasim həmin gün sahəyə gələrkən həmkəndlisi Eldarın həmin ərazidə qoyun otarmasını görüb və onunla mübahisə edib. Mübahisə nəticəsində Rasim Eldara çomaqla xəsarətlər yetirib. O, daha sonra Eldarın başından tutaraq onun boynunu qırıb. O, Eldarı sahədə köməksiz vəziyyətdə qoyub hadisə yerindən qaçıb. Eldar telefonla oğluna zəng edərək onu xəstəxanaya çatdırmasını istəyib. Ailə üzvləri onu xəstəxanaya çatdırıblar.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə R.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb və iş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışıblar. Məhkəmənin hökmü ilə R.Məmmədov 3 il azadlıqdan məhrum edilib. Məhkəmə ona 70-ci maddəni tətbiq edərək, cəzasını şərti hesab edib.

Oxşar xəbərlər

Bakı-Qazax yolunun Yevlaxdan keçən hissəsində tikinti və yenidənqurma işləri yekunlaşıb
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Doğulanda atası 40 qoyun kəsdirdi, anası bəzəndi deyə onu döydü - Reanimasiyada olan Fatih Ürek haqqında BİLİNMƏYƏNLƏR
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər