Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş: Təfərrüat
Novxanı qəsəbəsindəki bir neçə milyonluq manatlıq məşhur imarəti ilə tanınan Bəxtiyar Dalinin (Qaraşov) ittiham olunduğu cinayətin təfərrüatı bəlli olub.
Far.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri ərazisindəki hotel-restoranlardan birində bu ilin iyul ayında baş verib.
Bəxtiyar Qaraşov və onun iki dostu istirahət etmək üçün qeyd edilən obyektə gəliblər. Onlar yeyib içəndən sonra kabinetə müğənni sifariş veriblər. Bəxtiyarın istirahət etdiyi otağa iki xanım müğənni gəlib.
Bir müddət mahnı oxuduqdan sonra B.Dali onların birindən oriyental rəqs etməsini istəyib.
İddiaya görə, gənc müğənni bu rəqsi bacarmadığını desə də Bəxtiyar və dostu qadını oriyental rəqs etməyə məcbur eləyiblər. Onlar daha sonra xanıma pul qarşılığında cinsi əlaqə təklifi veriblər. Lakin o, bunu rədd edib.
Bəxtiyar Dali dostlarından birini kabinetdə yeyib-içdikləri xanımlardan biri ilə yola salıb. Bundan sonra B.Qaraşov digər dostu ilə birlikdə kabinetin qapısını bağlayaraq orada qalan xanımı zorlamağa cəhd ediblər. Müğənninin qışqırığına hotel sahibi və işçilər gəliblər, qapını qıraraq qadını xilas ediblər. Hadisə yerinə polis əməkdaşları çağırılıb.
Bəxtiyar Dali hadisə yerində sərxoş vəziyyətdə saxlanılsa da dostu ərazidən qaçıb uzaqlaşa bilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin şəxs də saxlanılıb və istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
***16:37
Bəxtiyar Dalinin ittiham olunduğu maddələr məlum olub.
Far.Az Lent.az-a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd) maddəsi ilə yanaşı, 145-ci (qanunsuz azadlıqdan məhrumetmə) maddəsi ilə də ittiham olunur.
Bəxtiyar Dali yeni həbs edilməyib, o, 3 aya yaxındır ki, həbsdədir.
Onun barəsində həbs qətimkan tədbirini Sumqayıt Şəhər Məhkəməsi seçib.
***14:10
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib.
Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur.
Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliyə qarşı Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Məşhur sima hazırda Şüvəlandakı istintaq təcridxanasında saxlanılır.
Qeyd edək ki, 66 yaşlı Bəxtiyar Dali uzun illər Rusiyada yaşayıb. Özünün dediyinə görə, hərbi mühəndis olub.
Oxşar xəbərlər
Deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan dəhşətli cinayətin yeni təfərrüatı
DÇ-2026-nın ən cazibədar xanım azarkeşləri
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
The Central Point Hotel - Bakının mərkəzində istirahət və iş üçün ideal ünvan
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
-
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
-
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
-
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
-
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb
-
Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar













