FHN-in strukturlarında Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Far.Az xəbər saytı

FHN-in strukturlarında Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib


Fövqəladə Hallar Nazirliyinin qurumlarında və regional mərkəzlərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Bu barədə "Far.Az"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, tədbirlərdə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi zəfərin hərbi-siyasi əhəmiyyətindən söz açılıb, Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici rol oynayan hərbi əməliyyatların gedişindən, Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi misilsiz qəhrəmanlıqdan və xalqımızın sarsılmaz milli həmrəyliyindən ətraflı bəhs olunub.

Bildirilib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi, rəşadətli ordunun misilsiz şücaəti və xalqın birliyi sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunub, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində isə dövlət suverenliyimiz ölkəmizin bütün ərazilərində tam bərpa edilib. Vurğulanıb ki, 8 noyabr tarixi Azərbaycan xalqının iradəsinin, milli birliyinin və dövlətçilik əzminin təntənəsi kimi tarixə düşüb.

Tədbirlər çərçivəsində Vətən müharibəsi qəhrəmanlarının döyüş yolu, şəhidlərin göstərdiyi fədakarlıq və zəfərə aparan tarixi yol haqqında məlumat verilib, mövzuya həsr olunmuş filmlər nümayiş etdirilib.

Bundan əlavə, nazirliyin strukturları tərəfindən Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyaları keçirilib. Aksiyalarda müxtəlif növ ağaclar əkilib və onlara müvafiq aqrotexniki qulluq göstərilib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
Şuşada "8 Noyabr - Zəfərin təntənəsi" adlı silsilə tədbirlər keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər