Evini satıb biznes qurmaq istədi, aldadıldı: "Yağ işi"ndə 76 minlik DƏLƏDUZLUQ
"West gold" yağlarının satışı adı altında vətəndaşa dələduzluq etməkdə təqsirləndirilən Məryəm Məmmədovanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Far.Az "Unikal"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə baş tutan iclasda zərərçəkmiş İlahə Səlimova dindirilib.
O, 1995-ci ilədək Moskvada yaşadığını deyib:
"2020-ci ildə Azərbaycana qayıtdım. Daha sonra anam Rusiyaya geri dönməyə qoymadı. Orda salonda lazer işləri görürdüm. Mənim "Xalqlar dostluğu" ərazisində də evim var idi. Onu satdım ki, iş qurum. Bu ərəfədə Məryəmlə tanış olduq. Mənə dedi ki, "West gold" yağlarının satışı ilə məşğul olur, məhsulun kiloqramını 6 manatdan anbardan götürüb mağazaya 19 manatdan verir. Bildirdi ki, bu işdə yaxşı qazanc var, pul qoysam çoxlu gəlir əldə edərəm. İki ay ərzində ona ümumilikdə 76 min 300 manat vermişəm. Sonra şübhələnməyə başladım. Ondan sənəd istədim, mənə ""WhatsApp" vasitəsilə iş və şəxsiyyət vəsiqələrini atdı. Bacıma bunu göstərəndə dedi ki, dələduzdur. Mən onun tutulmasını istəmirəm, sadəcə pulumu qaytarsın".
Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmişdən pulu onun evində alıb.
Məhkəmənin növbəti iclası aprelin 15-nə təyin edilib.
Qeyd edək ki, Məryəm Məmmədova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
122 minlik çantası, 220 minlik libası, 500 minlik evi ilə gündəm olan MƏŞHURLAR - SİYAHI
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb













