DİN - Qarabağda nizam-intizam hər kəsin vətəndaşlıq borcudur
Far.Az xəbər saytı

DİN - Qarabağda nizam-intizam hər kəsin vətəndaşlıq borcudur


DİN Novruz və müqəddəs Ramazan bayramlarını Qarabağda qeyd edən, tətil günlərində işğaldan azad olunmuş ərazilərə səfər edən əziz soydaşlarımız və ölkəmizin xarici qonaqlarına müraciət edib.

DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, bayram günlərinin şən əhval-ruhiyyədə və əmin-amanlıq şəraitində keçməsi üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır, təhlükəsizliyin təmin edilməsi məqsədilə bütün zəruri tədbirləri həyata keçirirlər. Vətəndaşlar isə məsuliyyətli davranışları ilə bu sabitliyi daha da möhkəmləndirə bilərlər.

Qarabağa sərbəst və maneəsiz səfər etmək üçün əvvəlcədən müvafiq portalda qeydiyyatdan keçmək vacibdir. Şəxsi minik avtomobili ilə səfər edən şəxslər müəyyən olunmuş marşrutlardan kənara çıxmamalıdırlar.

Bundan əlavə, əraziyə tez alışan və partlayıcı maddələrin aparılması qəti qadağandır. Vətəndaşlara yalnız istirahət üçün nəzərdə tutulmuş məkanlara üz tutmaları tövsiyə olunur.

Beləliklə, Qarabağın dilbər guşələrində ictimai narahatlıq yarada biləcək ən xırda hallardan belə çəkinmək, nümunəvi davranış nümayiş etdirmək hər birimizin vətəndaşlıq borcudur.

Ümid edirik ki, bayram tonqalları bütün neqativləri özü ilə aparacaq, geridə xoşbəxtlik, sevgi və hüzur dolu günlər qoyacaq.

Bayramlarınız mübarək!

Oxşar xəbərlər

İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Alyona Əliyeva Novruz yarmarkasını ziyarət edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər