Ernesto Valverde mövsümün sonunda "Atletik"in baş məşqçisi vəzifəsini tərk edəcək
Far.Az xəbər saytı

Ernesto Valverde mövsümün sonunda "Atletik"in baş məşqçisi vəzifəsini tərk edəcək


İspaniyanın "Atletik" komandasının baş məşqçisi Ernesto Valverde mövsümün sonunda vəzifəsindən ayrılacağını açıqlayıb.

"Far.Az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis qərarını bir müddətdir düşündüyünü və rəhbərliklə müzakirə etdiyini bildirib.

O, açıqlamasında azarkeşlərə müraciət edərək növbəti mövsümdən etibarən komandaya rəhbərlik etməyəcəyini deyib.

Qeyd edək ki, Ernesto Valverde "Atletik"də üçüncü dəfədir çalışır. O, 2003–2005 və 2013–2017-ci illərdə də komandaya rəhbərlik edib, 2022-ci ildə isə yenidən kluba qayıdıb.

Valverde Bilbao təmsilçisi ilə 2015/2016 mövsümündə İspaniya Superkubokunu, 2023/2024 mövsümündə isə ölkə kubokunu qazanıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər