Aleksander İsak Çempionlar Liqasının 1/4 finalına qədər sıraya qayıda bilər
Ötən ilin dekabr ayında ayağı sınaraq ciddi zədə alan isveçli hücumçu Aleksander İsak İngiltərə təmsilçisi "Liverpul"un heyətinə qayıtmağa yaxındır.
"Report" xəbər verir ki, komandanın baş məşqçisi Arne Slotun sözlərinə görə, 26 yaşlı futbolçunun UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində PSJ-yə (Fransa) qarşı keçiriləcək ilk oyuna qədər bərpa olunması gözlənilir.
Aleksander İsak İngiltərə Premyer Liqasında "Tottenhem"lə oyunda müdafiəçi Mikki van de Ven ilə toqquşma zamanı zədələnmişdi.
Bildirilib ki, futbolçu hələ komanda ilə tam məşqlərə başlamasa da, qarşıdakı oyunlarda iştirak etməsi planlaşdırılır.
"Liverpul" ilə PSJ arasında ilk görüş aprelin 8-də Parisdə, cavab qarşılaşması isə aprelin 14-də Liverpulda keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













