Yüksək Liqada qadınların pley-off, kişilərin son tur proqramı müəyyənləşib
Qadın voleybolçular üzrə Yüksək Liqada pley-off mərhələsinin, kişilərin mübarizəsində isə son turlarının oyun proqramı müəyyənləşib.
"Far.Az" xəbər verir ki, qadınların yarışında pley-off mərhələsinə martın 27-də start veriləcək.
1/4 və yarımfinal qarşılaşmaları ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq. İki görüşün nəticəsinə əsasən tərəflərin qələbə sayı bərabər olarsa, qalib "qızıl set" vasitəsilə müəyyənləşəcək. Bürünc və qızıl medal uğrunda oyunlar isə bir matçdan ibarət olacaq.
Kişi voleybolçuların yarışında isə XIX və XX turun (son tur) qarşılaşmaları martın 26-da və 30-da keçiriləcək. 20 turun yekununa əsasən ilk dörd yeri tutacaq komandalar yarımfinal mərhələsinə yüksələcəklər.
Yarımfinallar da ev və səfər prinsipi ilə keçiriləcək, bərabərlik olacağı halda "qızıl set" oynanılacaq. Medal oyunları isə bir görüşdən ibarət olacaq.
Qadınlar
Pley-off mərhələsi
27 mart
1/4 final, ilk oyunlar
15:00. "Murov Az Terminal" – "Turan"
17:00. "Azərreyl" – "DH Volley"
(Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi)
28 mart
1/4 final, ilk oyunlar
15:00. "Abşeron" – "Milli Aviasiya Akademiyası"
17:00. UNEC – "Gəncə"
(Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi)
2 aprel
1/4 final, cavab oyunları
16:00. "Turan" – "Murov Az Terminal"
(Tovuz Olimpiya İdmam Kompleksi)
18:00. "DH Volley" – "Azərreyl"
(Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi)
3 aprel
1/4 final, cavab oyunları
16:00. "Milli Aviasiya Akademiyası" – "Abşeron"
18:00. "Gəncə" – UNEC
(Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi)
Kişilər
Müntəzəm mövsümün son turları
26 mart
XIX tur
15:00. "Gənclər" – "Murov Az Terminal"
(Abşeron Olimpiya İdman Kompleksi)
16:00. "Azərreyl" – "Ordu"
18:00. "Xilasedici" – "Neftçi"
(Fövqəladə Hallar Nazirliyinin idman zalı)
30 mart
XX tur (son tur)
14:00. "Ordu" – "Gənclər"
16:00. "Neftçi" – "Azərreyl"
18:00. "Murov Az Terminal" – "Xilasedici"
(Fövqəladə Hallar Nazirliyinin idman zalı)
Qeyd edək ki, qadınlarda pley-off mərhələsi, kişilərdə isə müntəzəm mövsümün son turları çempionatın həlledici mərhələsinə aydınlıq gətirəcək.
Oxşar xəbərlər
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Elşən Həsənov: Azərbaycanda kiber ordu ilə bağlı müəyyən institusional fəaliyyət mövcuddur
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir
-
Portuqaliyalı hakim Qustavo Korreya ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək













