"Çelsi" pulunu geri qaytarmaq üçün Enzo Fernandesi "Real"a sata bilər
İngiltərənin "Çelsi" klubu 2023-cü ildə yarımmüdafiəçi Enzo Fernandes üçün ödədiyi 120 milyon avroluq transfer məbləğini geri qaytarmaq niyyətindədir.
"Report" "TyC Sports"a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə İspaniyanın "Real" kollektivi yaxından maraqlanır və madridlilərin bu məbləği ödəməyə hazır olduğu bildirilir.
Bununla belə, "Kral klubu" bu transferi reallaşdırmaq üçün hazırkı heyətindən bir neçə futbolçunu satmalı olacaq.
Məlumata əsasən, 2022-ci il dünya çempionu olan Fernandesin mümkün transferi baş tutarsa, onun yetirməsi olduğu "River Pleyt" (Argentina) klubu təxminən 5 milyon avro gəlir əldə edəcək.
"Marca" nəşri qeyd edir ki, futbolçunun İngiltərəni tərk etmək istəyinə təsir edən əsas amillərdən biri ölkədəki hava şəraiti və günəşli günlərin azlığıdır. Argentinalı yarımmüdafiəçi daha isti iqlimə üstünlük verir.
Qeyd edək ki, Fernandes cari mövsümdə bütün turnirlərdə 46 oyuna çıxıb, 12 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun "Çelsi" ilə müqaviləsinin müddəti 2032-ci ilin yayına qədər qüvvədədir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"Günəşli" sağlamlıq mərkəzində müalicə və istirahət şəraiti yaxşılaşdırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













