Şəmkirdə ana və oğlu döyülüb, avtomobillərinə ziyan vurulub
Far.Az xəbər saytı

Şəmkirdə ana və oğlu döyülüb, avtomobillərinə ziyan vurulub


Şəmkir rayonunun Könüllü kəndində dava nəticəsində iki nəfər xəsarət alıb.

"Far.Az"un Qərb bürosu xəbər verir ki, 1970-ci il təvəllüdlü Şəlalə Əhmədova və oğlu - 1994-cü il təvəllüdlü Güləddin Həmzəyev döyülüb.

İlkin məlumata görə, hadisəni onların həmkəndlisi törədib. Belə ki, tərəflər arasında borc üstündə düşən dava ana-oğulun döyülməsi ilə nəticələnib.

Daha sonra G. Həmzəyevə məxsus "VAZ 2106" markalı maşına da zərər verilib.

Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbir görülür.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər