SEPAH: Hörmüz boğazında dörd tanker minaya düşüb
Far.Az xəbər saytı

SEPAH: Hörmüz boğazında dörd tanker minaya düşüb


Hörmüz boğazı yaxınlığında azı dörd tanker minaya düşüb.

"Far.Az"un məlumatına görə, bu barədə İranın "Tasnim" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən xəbər verib.

"Hörmüz boğazının cənubundakı qadağan olunmuş ərazidən keçməyə çalışan dörd pozucu tanker dəniz minalarına düşüb və məhv edilib; hazırda onlar alov içindədir. Daha iki pozucu gəmi saxlanılıb və dayandırılıb", - məlumatda deyilir.

Hərbçilər həmçinin SEPAH-ın hava hücumundan müdafiə qüvvələrinin Hörmüz boğazı üzərində 56-cı MQ9 pilotsuz uçuş aparatını vurduğunu bildiriblər.

Paylaşımda vurulan pilotsuz uçuş aparatının hansı ölkəyə məxsus olduğu dəqiqləşdirilməyib.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
SEPAH: ABŞ-nin MQ9 PUA-sı və F-16 qırıcı təyyarəsi vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər