Azərbaycan Ağırlıqqaldırma Federasiyası bölgələrdəki idman məktəblərini avadanlıqla təmin edir
Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) sözü gedən idman növünün bölgələrdə inkişafına dəstəyini davam etdirir.
Qurumdan "Far.Az"a verilən məlumata görə, AAF rəhbərliyi tərəfindən federasiyaya müraciət edən idman məktəbləri və klublar bölgü əsasında dəst avadanlıqla təmin olunur.
Belə ki, AAF tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur rayon Təhsil şöbəsinin Uşaq Gənclər İdman Məktəbinə beynəlxalq standartlara uyğun ştanq dəsti təhvil verilib. Avadanlıq Şərur rayon Təhsil şöbəsinin Uşaq Gənclər İdman Məktəbinin məşqçisi Şəfi Hüseynova təqdim edilib.
Bir neçə gün öncə isə AAF tərəfindən Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Qazax rayon Uşaq-Gənclər İdman Məktəbinə tam dəst ştanq avadanlığı göndərilib. Ştanq dəsti Qazax rayon Uşaq-Gənclər İdman Məktəbinin baş məşqçisi Sərxan Qasımlıya təhvil verilib.
Yaxın zamanda AAF-a müraciət edən daha bir neçə məktəb və kluba avadanlıq təminatı ilə bağlı dəstək göstərilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













