Azər Bayramov: "Bu il 18 dövlət müəssisəsində rəqəmsal transformasiya işləri görülüb"
Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına dəstək proqramı çərçivəsində bu il 18 dövlət müəssisəsində rəqəmsal transformasiya üzrə işlər görülüb.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startup School 4: Five Continents – 500 Startups" qlobal innovasiya proqramının yekun tədbiri – "Demo Day"də bildirib.
Onun sözlərinə görə, növbəti dövrdə bu müəssisələrin sayının 300-ə çatdırılması planlaşdırılır: "Ölkədə İnnovativ ideyalara malik startaplara və biznes subyektlərinə hər tərəfli dəstək göstərilir. IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi müəssisələrə yeni texnologiyaların tətbiqində dəstək göstərməkdə davam edir. Bununla yanaşı, Dünya İqtisadi Forumu ilə birgə "Rəqəmsal Birbaşa Xarici İnvestisiyalar" (Digital FDI) layihəsi çərçivəsində əməkdaşlıq qlobal təcrübəyə əsaslanmaqla, investisiyaların cəlb edilməsi üçün şərait yaratmağa və rəqəmsal iqtisadiyyatımızın gücləndirilməsinə töhfə verir".
A.Bayramov bildirib ki, 4SİM Akademiyasının "Coursera" platforması ilə əməkdaşlıq çərçivəsində startaplar üçün 21 mindən çox kursa, o cümlədən 170-dən çox ixtisaslaşmış kursa həftəlik çıxış imkanı yaradılıb: "Bu kurslar rəqəmsal iqtisadiyyat üçün zəruri bacarıqların formalaşmasına xidmət edir".
Oxşar xəbərlər
Bolt Accelerator Demo Day: Azərbaycanda innovasiya və sahibkarlığı dəstəkləyən final təqdimatı uğurla başa çatdı
"Enterprise Azerbaijan" portalının "Startup School 4" proqramına seçilən layihələr açıqlanıb
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
Digital Move: 2351 metr yüksəklikdə elektron musiqi, dağ və rəqəmsal mədəniyyət
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi
-
Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE
-
Roman Abramoviç Bakıya gəlib
-
Türkiyə Feridun Sinirlioğlunun BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürüb
-
Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək
-
Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, 10 nəfər yaralanıb













