Aftandil Hacıyev: "İldə 2-3 beynəlxalq oyun keçirməklə inkişaf etmək çox çətindir"
İldə 2-3 beynəlxalq matç keçirməklə gənc futbolçuların inkişaf etməsi və ciddi uğur qazanması çox çətindir.
Bunu "Report"a açıqlamasında "Qarabağ" Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyev deyib.
Mütəxəssis daxili çempionatla beynəlxalq turnirlər arasındakı səviyyə fərqini önə çəkib:
"19 yaşlı futbolçuların beynəlxalq turnirlərdə ciddi uğurlar qazanması asan deyil. Bu yaş qrupu ölkə daxilində rəqiblərini rahat üstələyir, hazırda çempionatda birinci pillədə qərarlaşıb. Lakin beynəlxalq qarşılaşmalarda liqamızın aşağı keyfiyyətdə olduğu aydın hiss edilir. Çünki burada tam fərqli keyfiyyət, dinamika və sürətlə qarşılaşırıq. Bu, kompleks problemdir. Ölkə üzrə aşağı yaş qruplarında sistemli iş qurulmalıdır ki, gələcəkdə U-19 səviyyəsinə çatdıqda bu cür hallarla üzləşməyək".
Akademiya rəhbəri UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin "Dinamo" ilə cavab qarşılaşmasını dəyərləndirib:
"İlk hissəyə uğursuz başladıq. Ardıcıl buraxılan qollardan sonra geridönüş etmək çox çətindir. Bununla belə, qol vurmaq şanslarımızın olmadığını deməzdim. Bir neçə epizod oldu ki, hesab arasındakı fərqi azalda bilərdik. Rəqibin də təhlükəli imkanları var idi. Ümumilikdə məyusedici məğlubiyyətdir".
O, gənc futbolçuların inkişafı üçün əsas məqsədləri də açıqlayıb:
"Gənclər belə qarşılaşmalarda təcrübə toplayaraq möhkəmlənəcəklər. Görünən odur ki, daxili liqada yüksək mübarizə və sürətlə qarşılaşmırlar. İldə 2-3 və ya 5 belə matç oynamaqla inkişaf etmək çox çətindir. Məqsədimiz onları qısa zamanda böyüklərlə daha çox oynadıb sürətli futbola uyğunlaşıdırmaqdır. Bu gün beynəlxalq arena üçün təkcə "Qarabağ"ın deyil, digər komandaların da gücü yetmir. Gələcəkdə aşağı yaş qruplarında ölkə üzrə sistemli fəaliyyət qurulsa, həm milli komandalar, həm də klublar daha yaxşı nəticələr qazana bilərlər".
Qeyd edək ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin cavab oyununda Xorvatiyada "Dinamo"ya 0:7 hesabı ilə uduzub. Bakıdakı ilk görüşdə də məğlub (1:2) olan Ağdam təmsilçisi turnirdə mübarizəni dayandırıb.
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
UEFA Konfrans Liqası: "Dinamo" "Neftçi" ilə oyunda hesabda önə keçib - YENİLƏNİR-7
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub
-
"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
-
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub - Yenilənib-7













