Azərbaycan Türkiyədən fevralda havalandırma sistemləri idxalına çəkdiyi xərci 12 %-dən çox artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 18,738 milyon ABŞ dolları dəyərində isitmə, soyutma və havalandırma sistemləri idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,2 % çoxdur.
Təkcə fevralda Türkiyə Azərbaycana 9,947 milyon ABŞ dolları dəyərində isitmə, soyutma və havalandırma sistemləri ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 12,2 % çoxdur.
İki ayda Türkiyənin isitmə, soyutma və havalandırma sistemləri ixracının ümumi dəyəri illik müqayisədə 2,7 % azalaraq 1,148 milyard ABŞ dollarına, fevralda isə 3,7 % artaraq 612 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı Almaniya 135 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 7,6 % çox), İtaliya 80,837 milyon ABŞ dolları (+9,1 %) və Böyük Britaniya 78,65 milyon ABŞ dolları (-6,7 %) həyata keçirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
2025-ci ildə Azərbaycanın təbii qaz gəlirləri 6,7 milyard dollar olub - STATİSTİKA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Türkiyədən havalandırma sistemlərinin idxalına çəkdiyi xərci 9%-ə yaxın azaldıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













