Ağsuda 43 yaşlı qadını qətlə yetirən şəxslər həbs olunub
Far.Az xəbər saytı

Ağsuda 43 yaşlı qadını qətlə yetirən şəxslər həbs olunub


Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxslər həbs edilib.

Far.Az xəbər verir ki, bu barədə Ağsu Rayon Prokurorluğu məlumat yayıb.

Qeyd edilib ki, martın 23-də Ağsu rayonunda yerləşən otlaq sahədə 1983-cü il təvəllüdlü Zahirə Şükürovanın meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla martın 22-də Ağsu rayon sakinləri 1977-ci il təvəllüdlü Əyyub Sahabov və 1977-ci il təvəllüdlü Seymur Məmmədovun qabaqcadan əlbir olan bir qrup şəxs halında Zahirə Şükürovanı qəsdən öldürdükdən sonra zərərçəkmiş şəxsin meyitini rayonunun Muradlı kəndindən yerləşən otlaq sahəyə aparmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağsu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Əyyub Sahabov və Seymur Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Ağsu rayon məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir.

Oxşar xəbərlər

Ağsuda 43 yaşlı qadını öldürüb otlaq sahəyə atmaqda təqsirləndirilən şəxslər həbs edilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər