Şəhriyar Əsgərov: "Naxçıvan"a basketbolçuların səhvləri nəticəsində uduzduq"
Far.Az xəbər saytı

Şəhriyar Əsgərov: "Naxçıvan"a basketbolçuların səhvləri nəticəsində uduzduq"


"Quba" komandası Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turunda "Naxçıvan"a səhvlər nəticəsində uduzub.

"Far.Az" xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov 96:103 hesablı məğlubiyyətdən sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

"Bilirdik ki, "Naxçıvan"a qarşı oyun çətin olacaq. Çünki rəqib güclüdür, balanslaşdırılmış heyətə malikdir. Onları təbrik edirəm. Pley-off mərhələsinə 2-ci pillədən qatılacaqlar. Yəqin ki, "səkkizliy"ə qalacaqlar. Bizim də məqsədimiz qalib gələrək, pley-off mərhələsində yenidən onlarla oynamaq idi. Bu matçı basketbolçuların səhvləri nəticəsində uduzduq. Texniki səhvləri nəzərdə tuturam. Foul etməyə gecikdilər. Rəqib də 3 xallıq atış etdi. Biz isə texniki foul zamanı lazım olan xalı qazana bilmədik. Matç overtayma getdi. Orada isə oyunçuları dəyişə bilmədik. Üç basketbolçumuz 40 dəqiqə meydanda oldu. Bu, böyük faktordur. Kris Klark 5 foulla meydanı vaxtından əvvəl tərk etdi ki, bu da təsir etdi. Bütün bunları göz önünə gətirəndə, demək olar ki, bu gün bizim günümüz deyildi. Kris Kuns texniki fouldan sonra cərimə atışını dəqiq yerinə yetirsəydi, yəqin ki, oyunu udacaqdıq. Yorğunluq da sözünü dedi", - mütəxəssis vurğulayıb.

O, yetirmələrinə təşəkkür edib:

"Basketbolçularım əllərindən gələni etdilər. Rəqibimiz güclü idi. Pley-in mərhələsində yolumuza davam edirik. Yəqin ki, rəqibimiz A qrupundan "Şəki" komandası olacaq. Onlara qarşı da bu cür mübarizə aparıb qalib gəlməyə çalışacağıq ki, "səkkizliy"ə qalaq. Basketbolçularıma təşəkkür edirəm".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər