Azərbaycan sablyaçısı Daşkənddə bürünc medal qazanıb
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamızın üzvü Palina Kaspiaroviç Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunun mərhələ yarışında bürünc medal qazanıb.
BAKU.WS xəbər verir ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran idmançı yarımfinala kimi irəliləməklə bürünc medalı təmin edib.
Kaspiaroviç pley-offda Özbəkistan təmsilçisi Samira Şokirova (15:6), Venesuela sablyaçısı Katerina Paredes Torres (15:11), ukraynalı Alina Komaşçuk (15:14) və ispaniyalı Araceli Navarronu (15:13) məğlub edərək ən güclü "səkiizliy"ə yüksəlib. O, yarımfinal uğrunda keçirilən qarşılaşmada neytral bayraq altında çıxış edən Anastasiya Şorokovanı 15:10 hesabı ilə üstələyb.
Palina Kaspiaroviç final uğrunda görüşdə Bolqarıstan qılıncoynadanı Yoana İliyevaya 6:15 hesabı ilə uduzaraq üçüncü olub.
Uzunmüddətli zədədən sonra ilk dəfə beynəlxalq turnirdə yarışan Anna Başta əsas mərhələdə mübarizəni dayandırıb. Səbinə Kərimova və Zərifə Hüseynova isə keçid pley-off mərhələsində çıxışını başa vurub.
Qadın sablyaçılarımız sabah komanda yarışında ən güclü "səkkizliy"ə yüksəlmək uğrunda keçiriləcək qarşılaşmada ABŞ yığması ilə qarşılaşacaq.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan sablyaçısı Palina Kaspiaroviç Daşkənddə bürünc medal qazanıb
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













