Masazırda yeni təmir olunan yol yenidən yararsız hala düşüb
Far.Az xəbər saytı

Masazırda yeni təmir olunan yol yenidən yararsız hala düşüb


Masazırda yerləşən yolda yağışlardan sonra ciddi problemlər yaranıb.

Far.Az-in qaynar xəttinə daxil olan məlumata görə, vətəndaş tərəfindən göndərilən videoda yolun kələkötür vəziyyətə düşdüyü aydın görünür. Bildirilir ki, sözügedən ərazi cəmi 1-2 ay əvvəl təmir olunub.

Lakin son yağışlardan sonra yol örtüyü yenidən sıradan çıxıb, çuxurlar və nahamarlıqlar yaranıb. Bu isə həm sürücülər, həm də piyadalar üçün çətinliklər yaradır.

Vətəndaşlar qeyd edirlər ki, qısa müddət əvvəl təmir olunan yolun bu vəziyyətə düşməsi görülən işlərin keyfiyyəti ilə bağlı suallar yaradır.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu göndərdik.

Şahanə Xankişiyeva

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər