Bakıda faciə: Oğlunu itirdikdən sonra xəstəliyə tutulan qadın binadan yıxılaraq öldü
Paytaxtın Nərimanov rayonunda bədbəxt hadisə baş verib.
BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, yaşlı qadın Ağa Nemətulla küçəsi, 22 ünvanında yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsindən yıxılıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra prokurorluq əməkdaşları dərhal hadisə yerinə gələrək meyitə baxış keçiriblər. Ölən şəxsin Qərənfil Sadıqova olduğu müəyyən edilib.
Qonşuların sözlərinə görə, qadının bir neçə il əvvəl oğlunu itirdikdən sonra səhhətində problemlər yaranıb. O, son vaxtlar Parkinson xəstəliyindən əziyyət çəkirmiş və ailəsi - həyat yoldaşı və qızı ilə birlikdə yaşayırmış.
Mərhumun meyiti dəfn edilməsi üçün doğulduğu Tovuz rayonuna göndərilib. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Bu gün paytaxtın 555 küçəsi yuyuldu
"Kağız gətir - kitab apar" layihəsinə start verilib
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb













