Amnistiya aktı ədliyyə orqanları üzrə 18 mindən çox şəxsə şamil edilib
Far.Az xəbər saytı

Amnistiya aktı ədliyyə orqanları üzrə 18 mindən çox şəxsə şamil edilib


Amnistiya aktı ədliyyə orqanları üzrə 18 mindən çox şəxsə şamil edilib.

Bu barədə "Far.Az"a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı 22 dekabr 2025-ci il tarixdən 31 mart 2026-cı il tarixədək prokurorluq və məhkəmə orqanları ilə birgə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, habelə İstintaq idarəsi üzrə 18 203 şəxs barəsində tətbiq olunub.

Amnistiya tətbiq olunan şəxslərin 5 310-u müəyyən müddətə azadlıqdan məhrumetmə, 10 226-sı isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 2 648 nəfərin cəzası 6 ay azaldılıb. 19 nəfər isə cinayət məsuliyyətindən azad edilib (ədliyyə orqanlarının istintaq aidiyyəti üzrə).

Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 20 nəfər və qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə 18 nəfər də cəzadan azad edilənlər arasında yer alıb.

Amnistiya tətbiq olunmuş şəxslərdən 1 309-u böyük ictimai təhlükə törətməyən, 15 996-sı az ağır, 898-i ağır cinayətlər törətmiş şəxslərdir.

Ümumilikdə amnistiya tətbiq olunmuş şəxslərdən 17 292-si kişi (onlardan 86-sı yetkinlik yaşına çatmayan şəxslərdir), 911-i qadındır (onlardan 1-i yetkinlik yaşına çatmayan şəxsdir).

Amnistiya aktının icrası davam etdirilir.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub - YENİLƏNİB-5
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər