Masazırda çökən yolla bağlı RƏSMİ AÇIQLAMA
Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə gedən yolda yaranmış problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Abşeron Regional Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən Far.Az-ə verilən məlumata görə, çökməyə səbəb kanalizasiya kollektorunda baş vermiş qəzanın aradan qaldırılması üçün əraziyə ağır texnika və işçi qüvvəsi cəlb edilib.
***15:53
Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə gedən yolda çökmə hadisəsi qeydə alınıb.
Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən açıqlama verilib.
Hadisə qeydə alınan kimi dərhal əraziyə Agentliyin əməkdaşları cəlb olunub, əlavə təhlükəsizlik tədbirləri görülüb və hərəkətin təhlükəsiz təşkili təmin edilib.
Aparılmış ilkin araşdırmalara əsasən, çökməyə səbəb kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yol yatağını yuması olub.
Baş vermiş hadisə ilə bağlı operativ tədbirlərin görülməsi və problemin aradan qaldırılması məqsədilə aidiyyəti quruma dərhal məlumat verilib.
Hazırda ərazidə vəziyyətin tam stabilləşdirilməsi və qəzanın aradan qaldırlması üçün aidiyyəti qurum tərəfindən müvafiq addımlar atılır.
***14:22
Abşeron rayonu Masazır qəsəbəsində "Zəngilan şəhərciyi" ərazisində yeni çəkilən yol qısa müddət sonra çöküb.
Far.Az xəbər verir ki, bu barədə Baku TV məlumat yayıb.
Hazırda yolun bəzi hissələrində ciddi deformasiya müşahidə olunur.
Çökmənin aramsız yağan yağışlarla əlaqədar olduğu bildirilir. Həmçinin qeyd olunub ki, yol 2 ay əvvəl çəkilibmiş.
Qalereya
Oxşar xəbərlər
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Masazır əhalisinə ŞAD XƏBƏR - artıq YEKUNLAŞIR
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Yaqub: Əfqanıstan ərazisi İrana hücumlar üçün istifadə olunmayacaq
-
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
-
Azərbaycanın çimərlik güləşi millisi Avropa çempionu olub
-
Macarıstanın Baş naziri Brüsseldə NATO və AK rəhbərləri ilə görüşəcək
-
"Kristal Pelas" UEFA Konfrans Liqasının qalibi olub
-
Ceyhun Bayramov: Azərbaycan beynəlxalq aləmdə güclü, nüfuzlu və etibarlı tərəfdaş kimi tanınır













