Holann İngiltərə Premyer Liqasının ən çox qazanan futbolçusudur
Erlinq Holann İngiltərə Premyer Liqasında ən çox qazanan futbolçular siyahısına başçılıq edir.
"Report" "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti"nin norveçli hücumçusu ayda 2,63 milyon avro qazanaraq liqanın ən yüksək maaş alan oyunçusu olub.
Siyahının ikinci pilləsində "Liverpul"un oyunçusu Məhəmməd Salah qərarlaşıb. Misirli futbolçunun aylıq qazancı 2 milyon avro təşkil edir.
Üçüncü sıranı isə iki futbolçu bölüşür. Bunlar "Mançester Yunayted"in braziliyalı yarımmüdafiəçisi Kazemiro və "Liverpul"un niderlandlı müdafiəçisi Vircil van Deykdir. Hər iki oyunçunun aylıq gəliri 1,75 milyon avrodur.
İlk "beşliy"i yenə iki futbolçu tamamlayır. "Mançester Yunayted"in portuqaliyalı kapitanı Brunu Fernandeş və "Arsenal"ın vingeri Bukayo Saka ayda 1,5 milyon avro qazanır.
Qeyd edək ki, turnir cədvəlinə 70 xalla "Arsenal" başçılıq edir. "Mançester Siti" 61 xalla ikinci, 55 xala malik "Mançester Yunayted" isə üçüncüdür.
Oxşar xəbərlər
Bukayo Saka "Arsenal"ın tarixində ən çox maaş alan futbolçu olacaq
Nizami City-dən möhtəşəm kampaniya - mənzil alan qazanır
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1250 AZN-dək
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













