Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Zirə"yə qalib gəlib
Far.Az xəbər saytı

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Zirə"yə qalib gəlib


Azərbaycan Premyer Liqasında "Turan Tovuz" "Zirə"ni məğlub edib.

"Report" xəbər verir ki, IX turun növbəti oyununda doğma meydanda paytaxt təmsilçisini qəbul edən Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv minimal hesablı qələbəyə sevinib.

Qarşılaşmanın final fitinə 1 dəqiqə qalmış rəqib qapısına yol tapan Faiq Hacıyev komandasına qələbə qazandırıb.

Bu qalibiyyət sayəsində xallarının sayını 18-ə çatdıran "Turan Tovuz" turnir cədvəlinin birinci sırasında yer alan "Qarabağ"a şərik olub.

15 xala malik "Zirə" isə dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Kəpəz" "Neftçi"ni 4:3, "Səbail" "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" oyunu isə heç-heçə yekunlaşıb - 1:1.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
"Qarabağ" "Neftçi"ni məğlub edib - YENİLƏNİB - 6
Azərbaycan Premyer Liqası: "Səbail" "Şamaxı"nı məğlub edib
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" doğma meydanda məğlub olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər