DÇ-2026-nın finalının biletləri BAHALAŞIR: Qiymətlər açıqlandı
FIFA 2026-cı ildə keçiriləcək dünya çempionatının həlledici final matçı üçün bilet qiymətlərində ciddi artıma gedib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, azarkeşlər final qarşılaşmasını ən yaxşı yerdən izləmək üçün artıq 10 990 dollarından keçməli olacaqlar. Qeyd edək ki, bu biletin əvvəlki qiyməti 8 680 dollar təşkil edirdi.
Artım digər kateqoriyalara da təsirsiz ötüşməyib. Belə ki, ikinci kateqoriyalı biletlərin qiyməti 5 575 dollardan 7 380 dollara, üçüncü kateqoriya üzrə isə 4 185 dollardan 5 785 dollara qədər yüksəlib.
Xatırladaq ki, dünya çempionatının final oyunu iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatındakı İst-Raterford şəhərində təşkil olunacaq.
Ümumilikdə isə 2026-cı ilin dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadanın yaşıl meydanlarında baş tutacaq. Bu mundial özəlliyi ilə də seçiləcək - final mərhələsində ilk dəfə olaraq 48 milli komanda çempionluq uğrunda mübarizə aparacaq.
Oxşar xəbərlər
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Eldar Qasımov Bolqarıstanın "Eurovision-2026" milli seçim finalının ulduz qonağı oldu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
"FIFA Series – 2026": Azərbaycan - Syerra Leone oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













