Kadi Borqes Ağdam təmsilçisinin forması ilə 40-cı dəfə fərqlənib
Far.Az xəbər saytı

Kadi Borqes Ağdam təmsilçisinin forması ilə 40-cı dəfə fərqlənib


Kadi Borqes "Qarabağ"ın heyətində 40-cı qolunu vurub.

"Report"un Peşəkar Futbol Liqasına istinadən məlumatına görə, braziliyalı yarımmüdafiəçi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Sabah"la qarşılaşmasında (2:2) dubl müəllifi olub.

O, bununla da Ağdam klubunda keçirdiyi 123-cü matçda qol sayını "40"a çatdırıb.

Cənubi amerikalı Premyer Liqada 24 (70 oyunda), Azərbaycan kubokunda 6 (14 oyunda), avrokuboklarda 10 (39 oyunda) qola imza atıb. Kadi "Qarabağ"ın tarixində 40 və daha çox qol vuran 18-ci futbolçudur.

Qeyd edək ki, Borqes "Qarabağ"da ilk qolunu 2021-ci il avqustun 12-də Konfrans Liqasının III təsnifat mərhələsinin AEL (Kipr) ilə ev oyununda vurub.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI
UEFA Çempionlar Liqası: "Şkendiya"nı darmadağın edən "Qarabağ" pley-off-a adladı
Tənqid edilənlər, qalmaqal yaradanlar, ilklərə imza atıb, yeniliklər edənlər... - 2025-ci ilin əsas şou hadisələri
Konfrans Liqası: "Araz-Naxçıvan" ilk oyunda dörd cavabsız qolla məğlub olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər