Türkiyədə  ağır yol qəzası: 5 ölü, 14 yaralı var
Far.Az xəbər saytı

Türkiyədə ağır yol qəzası: 5 ölü, 14 yaralı var


Türkiyədə ağır yol qəzası olub.

Far.Az xəbər verir ki, Ankara-Kızılcahamam marşrutu üzrə sərnişin daşıyan avtobus Saray məhəlləsi ərazisində ağır yol-nəqliyyat hadisəsi törədib.

İlkin məlumata görə, avtobus əvvəlcə yol kənarındakı baryerlərə, daha sonra isə yerüstü piyada keçidinin dayağına çırpılıb.

Qəza nəticəsində sürücü də daxil olmaqla 5 nəfər həyatını itirib, 4-ü ağır olmaqla ümumilikdə 14 nəfər yaralanıb.

Yaralılar hadisə yerinə cəlb olunan Təcili Tibbi Yardım briqadaları tərəfindən Kahramankazan və Ankaradakı müxtəlif xəstəxanalara çatdırılıb.

Hadisə zamanı həyatını itirən şəxslərin meyitləri isə aidiyyəti qurumların araşdırmasından sonra Məhkəmə-Tibbi Ekspertiza İnstitutuna təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər