Azər Bağırov: "Premyer Liqada yaranan 2 həftəlik fasilə "Kəpəz"in xeyrinə olacaq"
Far.Az xəbər saytı

Azər Bağırov: "Premyer Liqada yaranan 2 həftəlik fasilə "Kəpəz"in xeyrinə olacaq"


Misli Premyer Liqasında yaranan iki həftəlik fasilə "Kəpəz"in xeyrinə olacaq.

"Report" xəbər verir ki, bunu Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov deyib.

Klubun mətbuat xidmətinə açıqlama verən mütəxəssis komandasının hazırlığını və bu gün XXVI tur çərçivəsində qarşılaşacaqları "Qəbələ" ilə oyunu dəyərləndirib:

"İki həftəlik fasilə komandamız üçün çox faydalı olacaq. Milli fasilə dövründə futbolçuların həm fiziki, həm taktiki, həm də psixoloji hazırlığı üzərində planlı şəkildə işləyirdik. Şükürlər olsun ki, bu iki həftəni zədəsiz və istədiyimiz səviyyədə başa vurmuşuq.

İnşallah, zaman göstərəcək ki, komanda "Qəbələ" ilə oyuna necə hazırlaşıb. Çünki yekunda əsas olan nəticədir və ümid edirəm ki, bu nəticə "Kəpəz"in xeyrinə olacaq. Çünki komandada yüksək əhval-ruhiyyə var. Özümüzə çox inanırıq. Bilirik ki, bu 2 həftəlik fasilə "Kəpəz"in xeyrinə olacaq".

Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" oyunu bu gün, saat 15:30-da başlayacaq.

Oxşar xəbərlər

Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev "BakuBus" MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
"Misli"nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb
Ciqanla həyat yoldaşı bu səbəbdən ayrılıblar - AÇIQLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər