Levandovski "Barselona"da qol sayına görə Stoiçkovu geridə qoyub
Far.Az xəbər saytı

Levandovski "Barselona"da qol sayına görə Stoiçkovu geridə qoyub


"Barselona"nın hücumçusu Robert Levandovski La Liqanın 30-cu turunda "Atletiko Madrid"ə qarşı oyunda adını tabloya yazıdırıb.

"Far.Az" xəbər verir ki, polşalı futbolçu 87-ci dəqiqədə qol vuraraq komandasına 2-1 hesablı qələbə qazandırıb.

Levandovski hazırda "Barselona"nın heyətində 118 qol vurub. Bunun sayəsində polşalı hücumçu Kataloniya klubunun tarixində qol sayına görə 11-ci yerə yüksələrək Xristo Stoiçkovu geridə qoyub.

Qeyd etmək lazımdır ki, Levandovski 185 oyunda 118 qol vurub, Stoiçkov isə 255 oyunda 117 qol vurub.

"Barselona"nın bütün zamanların ən yaxşı beş bombardiri sırasına qoşulmaq üçün Levandovskinin 130 qol vurması lazımdır ki, bu da Samuel Eto'o və Rivaldo ilə eyni rəqəmdir.

İlk üçlükdə Luis Suares (195), Sezar Rodriges (225) və Lionel Messi (672) yer alır.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Qeyri-etik davranışlar sərgiləyən Samuel Eto 4 oyunluq diskvalifikasiya edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər