"Kəpəz"in bıçaqlanan futbolçusu Veysəl Rzayev yaxın müddətdə məşqlərə başlayacaq
Far.Az xəbər saytı

"Kəpəz"in bıçaqlanan futbolçusu Veysəl Rzayev yaxın müddətdə məşqlərə başlayacaq


"Kəpəz"in bıçaqlanan futbolçusu Veysəl Rzayev yaxın müddətdə məşqlərə başlayacaq.

Bu barədə "Far.Az"a yarımmüdafiəçinin özü məlumat verib.

O, daha əvvəl komanda ilə birgə məşqlərə martda qoşulmalı olduğunu, lakin prosesin uzandığını bildirib:

"İnşallah, yaxın vaxtlarda komandanın düşərgəsinə qayıdacağam. Şükürlər olsun ki, artıq sağalıram. Kollektivə qoşulmağı səbirsizliklə gözləyirəm. Məşqlərdə iştirak edib, "Kəpəz"ə faydalı olmaq istəyirəm".

Qeyd edək ki, "Kəpəz" Veysəl Rzayevin transferini bu ilin yanvarında açıqlayıb. O, fevralın 3-də Gəncədə mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilmişdi.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Kəpəz"in futbolçusu Veysəl Rzayevin bıçaqlanmasının təfərrüatı
"Kəpəz"in rəsmiləri, baş məşqçisi və kapitanı Veysəl Rzayevin səhhəti ilə maraqlanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər