"Yuventus" Leon Qoretskanı azad agent kimi heyətinə qatmaq istəyir
Far.Az xəbər saytı

"Yuventus" Leon Qoretskanı azad agent kimi heyətinə qatmaq istəyir


Almaniyanın "Bavariya" klubunun futbolçusu Leon Qoretska karyerasını İtaliyada davam etdirə bilər.

"Far.Az" xarici mətbuata istinadən xəbər verir ki, "Yuventus" 31 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

Turinlilər oyunçunu azad agent kimi heyətinə qatmaq niyyətindədir.

Bundan əlavə, "Milan" və İspaniyanın "Atletiko" klubu da futbolçunu transfer etmək istəyir.

Xatırladaq ki, Leon Qoretskanın Münhen təmsilçisi ilə müqaviləsinin müddəti bu yay bitir. O, cari mövsüm bütün turnirlərdə 38 oyuna 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

KİV: "Tottenhem" yanvarda Leon Qoretskanı transfer etmək niyyətindədir
Leon Qoretska cari mövsümün sonunda "Bavariya"nı tərk edəcək
Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər