Trampın İran etirazçılarına göndərdiyi silahı kim ələ keçirib?
"ABŞ Prezidenti Donald Tramp aprelin 5-də İranla bağlı sensasiyalı açıqlama ilə çıxış edib. Tramp "Fox news" kanalının məşhur müxbiri Trey İnqstə müsahibəsində bildirib ki, ABŞ son kütləvi etirazlar (Bu ilin yanvar ayında İrandakı etirazlar - red.) zamanı etirazçılara hökumət qüvvələrinə müqavimət göstərə bilmək üçün silah göndərib".
BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalının analitik süjetində məlumat verilib.
"Biz onlara çoxlu silahlar göndərdik, bunu kürdlərin vasitəsilə etdik. Lakin kürdlər silahları özlərində saxladılar", - deyə D.Tramp bildirib.
ABŞ prezidenti geniş diqqət çəkən həmin açıqlamanı bir qədər başqa formada olsa da, dünən yenidən təkrarlayıb: "İran əhalisinin silahı yoxdur. Biz onlara bir qədər silah göndərdik. Həmin silah İran xalqına çatmalı idi. Amma bilirsiniz, nə oldu? Həmin silahı çatdırmalı olan adamlar onu özlərinə götürdülər. Dedilər "nə yaxşı silahdır!" və özlərində saxladılar. Mən bəlli qrupdan olan bu insanlardan çox narazıyam və bu iş onlara baha başa gələcək".
Donald Trampın böyük əks-səda doğuran bu sözləri xüsusilə iki baxımdan diqqəti çəkir. Birincisi, indiyə qədər məlum olmayan faktın üzə çıxması, yəni ABŞ-nin İranda hökumətə etiraz edən qüvvələrə silah dəstəyi göstərmək cəhdinin ən yüksək səviyyədə etiraf olunması baxımından. Bir çox şərhçilər bunu İrana qarşı hərbi əməliyyatlardan öncə ABŞ və İsrailin ölkədəki etirazlardan istifadə edərək İranda hakimiyyətə qarşı silahlı üsyan və ya vətəndaş müharibəsi planlaşdırdığının təsdiqi kimi dəyərləndiriblər. İran mediası isə bu açıqlamanı ABŞ və İsrailin İrandakı iğtişaşçı və separatçı qüvvələri silahlandırmasının etirafı və ölkəni parçalamaq niyyətinin təzahürü kimi qiymətləndirib", - deyə materialda bildirilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq
-
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi
-
İrançılıq düşüncəsinin paradoksları













