"İnter" Markus Türamın satışı üçün 50 milyon avro tələb edir
Far.Az xəbər saytı

"İnter" Markus Türamın satışı üçün 50 milyon avro tələb edir


İtaliyanın "İnter" klubunun hücumçusu Markus Türam yay "transfer pəncərəsi"ndə komandanı tərk edə bilər.

"Far.Az" xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Milan təmsilçisi fransalı futbolçunun satışı variantını nəzərdən keçirir. Klub 27 yaşlı hücumçunun transferi üçün ən azı 50 milyon avro tələb edir. Gələn təkliflər qənaətbəxş olmasa, oyunçu növbəti mövsümdə də "İnter"də çıxış edəcək.

Qeyd edək ki, Markus Türam 2023-cü ildə Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubundan "İnter"ə azad agent kimi keçib. Onun müqaviləsinin müddəti 2028-ci ilədək nəzərdə tutulub.

Hücumçu bu mövsüm İtaliya klubunun heyətində bütün turnirlərdə 37 oyunda meydana çıxıb, 13 qol vurub və 7 məhsuldar ötürmə edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər