Qubanın daha bir kəndində TORPAQ SÜRÜŞMƏSİ - Evlər təhlükə altında
Quba rayonunun Aydınkənd kəndində son günlər yağan leysan yağışları nəticəsində yaranan sel və torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, rayon mərkəzindən təxminən 40 kilometr aralıda yerləşən kənddə bir neçə yaşayış evinə ziyan dəyib.
Evlərin divarlarında çatlar yaranıb, bəzi dam örtükləri yararsız vəziyyətə düşüb.
Dağlıq ərazidə yerləşən kənddə torpaq qatının yuxarı hissələrdən sürüşərək yaşayış sahələrinə doğru hərəkət etdiyi bildirilir. Kənd ərazisində geniş sürüşmələr müşahidə olunur və prosesin hazırda da aktiv davam etdiyi qeyd edilir.
Sürüşmə nəticəsində Aydınkəndə gedən yol bir neçə gün nəqliyyat üçün bağlı qalıb, bu isə sakinlərin rayon mərkəzi ilə əlaqəsini çətinləşdirib.
Sakinlər bildirirlər ki, kəndin təhlükəli ərazidə yerləşməsi onların həyatını risk altına alır. Onların sözlərinə görə, aktiv sürüşmələr zamanı dağlardan qopan iri daş və qaya parçaları, eləcə də torpaq kütləsi yaşayış evlərinə doğru hərəkət edir və bu da ciddi təhlükə yaradır.
Qeyd olunur ki, Aydınkənd kəndinin ərazisi ümumilikdə sürüşməyə meyilli zonalardandır və bir neçə gün əvvəl Quba-Qonaqkənd yolunda baş verən sürüşmə də əraziyə təsir göstərib.
Hazırda ərazidə aidiyyəti qurumların nümayəndələri və texnika cəlb olunub, fəsadların aradan qaldırılması və yolun bərpası istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, bundan əvvəl Qubanın Qoanqkənd və Qəçreş kəndlərində də torpaq sürüşmələri olub.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Güclü qar Qəbələnin dağlıq kəndlərinə gediş-gəlişi çətinləşdirib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
-
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
-
Bakı ikinci dəfə "Art Weekend 2026" festivalına ev sahibliyi edəcək
-
BANM-də bütün ixtisaslar üzrə dövlət sifarişli yerlərə keçid balı 600-dən yüksək olub
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə ETSN-dən REAKSİYA
-
"Tvente" "Qarabağ"la oyuna itkilərlə çıxacaq













