"Qaçqınkom"da vətəndaş cəmiyyəti nümayəndələri üçün "Açıq qapı" günü keçirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində noyabrın 27-də vətəndaş cəmiyyəti nümayəndələri üçün "Açıq qapı" günü keçirilib.
Bu barədə "Far.Az"a Komitədən məlumat verilib.
Qeyd olunub ki, tədbirdə Bakıda və regionlarda fəaliyyət göstərən QHT-lərin rəhbərləri, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak ediblər.
Qonaqlar Dövlət Komitəsinin Monitorinq, Qayıdışın qeydiyyatı və təşkili şöbələrinin, "Qaynar xətt" xidmətinin fəaliyyəti ilə yerində tanış olublar. Onlara həmin struktur bölmələrində görülən işlər barədə ətraflı məlumat verilib.
Sonra tədbir iştirakçıları Komitənin rəhbər şəxslərinin iştirakı ilə "dəyirmi masa" formatında fikir mübadiləsi aparıb, Böyük Qayıdış prosesinin təşkili ilə bağlı rəy və təkliflərini bildiriblər.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, Birinci vitse-prezident Mehriban Əliyevanın bu istiqamətdə həyata keçirdiyi fəaliyyət, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli və təhlükəsiz qayıdışının təmin edilməsi, yeni yaşayış məntəqələrinin salınması, müasir infrastrukturun yaradılması, eləcə də qayıdan əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.
O, qurumun ictimaiyyətlə, vətəndaş cəmiyyəti institutları ilə əlaqələrə daim xüsusi diqqət yetirdiyini, onlarla əməkdaşlığa yüksək dəyər verdiyini bildirib, Dövlət Komitəsinin yanında İctimai Şuranın səmərəli fəaliyyətini qeyd edib.
"Dəyirmi masa"da müzakirələrdə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov, QHT rəhbərləri komitənin fəaliyyət istiqamətləri, vətəndaş müraciətləri ilə işin təşkili, Böyük Qayıdış prosesi və ictimaiyyətlə əlaqələrin inkişafı məsələləri barədə fikirlərini söyləyiblər.
Bildirilib ki, "Açıq qapı" gününün keçirilməsində məqsəd Dövlət Komitəsinin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması, struktur bölmələrinin iş prinsiplərinin daha yaxından tanıdılması, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri ilə qarşılıqlı əməkdaşlığın və açıq dialoqun daha da inkişaf etdirilməsidir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NASA "Voyager-1"dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
-
İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib
-
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
-
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
-
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
-
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib













