Türkiyədə tanınmış şəxslərin narkotik testlərinin nəticələri AÇIQLANDI
Far.Az xəbər saytı

Türkiyədə tanınmış şəxslərin narkotik testlərinin nəticələri AÇIQLANDI


Türkiyədə məşhurlarla bağlı aparılan narkotik araşdırması çərçivəsində Hande Erçel, İbrahim Çelikkol, İlkay Şencan və Deha Bilimlierlə bağlı test nəticələrinin məlum olduğu bildirilir.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bəzi hallarda qan analizləri mənfi olsa da, saç və sidik nümunələrində müxtəlif narkotik maddələr və onların metabolitləri aşkarlanıb.

Məlumata görə, Hande Erçelin qan analizində narkotik maddə aşkarlanmayıb, lakin sidik nümunəsində morfin və kodein müəyyən edilib, saç analizində isə hər hansı göstərici qeydə alınmayıb.

Mustafa Cecelinin qan analizi mənfi çıxsa da, saç nümunəsində kokain və onun metabolitləri aşkarlanıb. İbrahim Çelikkolun saç nümunəsində də kokain və metabolitləri müəyyən olunub.

Deha Bilimlierin saç nümunəsində kodein və kokain, İlkay Şencanın isə qan və saç analizlərində kannabis maddəsi ilə bağlı göstəricilər qeydə alınıb.

Oxşar xəbərlər

Hande Erçel dünyanın 10 ən gözəl qadınından biri oldu
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər