Abşeronda 691 yeniyetmə cüdoçu medal uğrunda mübarizə aparacaq
Far.Az xəbər saytı

Abşeronda 691 yeniyetmə cüdoçu medal uğrunda mübarizə aparacaq


Aprelin 18–19-da cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının II turu keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasından "Far.Az"a verilən məlumata görə, Abşeron Olimpiya İdman Kompleksində gerçəkləşəcək yarışda 94 klub və idman cəmiyyətindən 691 cüdoçu (582 oğlan, 109 qız) ümumilikdə 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Cari ildə U-14 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayacaq.

Qeyd edək ki, heç bir kəmər dərəcəsi olmayan və buna görə verilmiş 2 yarışlıq güzəşt imkanını istifadə etmiş idmançılar yarışlara buraxılmırlar.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Cüdo üzrə kişilər arasında Liqa yarışının I turu keçirilib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Cüdo üzrə "İstedadların seçimi" yarışının II turu başa çatıb
Azərbaycan Cüdo Federasiyası Gəncədə daha bir kəmər imtahanı təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər