Bərdəli atlet Bəxtiyar Əsgərli: "Əsas məqsədim Azərbaycan rekordunu yeniləməkdir"
Far.Az xəbər saytı

Bərdəli atlet Bəxtiyar Əsgərli: "Əsas məqsədim Azərbaycan rekordunu yeniləməkdir"


Kros qaçışı üzrə ölkə çempionu olan Bəxtiyar Əsgərlinin əsas hədəfi Azərbaycan rekordunu yeniləməkdir.

Bərdədən olan atlet bunu "Far.Az"a açıqlamasında bildirib.

O, Azərbaycan çempionatında qazandığı qələbə və hədəfləri barədə danışıb:

"Hər şey əla idi, əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Güclü rəqiblərim var idi, lakin daha çox çalışmağım qalib gəlməyimdə həlledici rol oynadı. Əsas hədəfim Azərbaycan rekordunu yeniləməkdir. Çünki bu, ən çətin məqsədlərdən biridir. İyul və avqust aylarında Balkan çempionatı, həmçinin bəzi xatirə turnirləri gözlənilir".

İdmançı bölgələrdə atletikanın inkişafı üçün infrastrukturun vacibliyini vurğulayıb:

"Atletlərin çoxu bölgələrdən çıxır, ona görə də orada diqqət artırılsa, daha yaxşı olar. Əsasən dairəvi qaçış zolağı olan stadionlar çatışmır. Belə yerlər olsa, uşaqlar ora daha çox cəlb olunarlar. Hazırda yer olmadığı üçün maraq da azdır".

Qeyd edək ki, B.Əsgərli Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən ölkə çempionatında 10 km məsafəyə kros qaçışı üzrə birinci yeri tutub.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub - YENİLƏNİB
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Məşhur seriallarda oynayan aktyorların nə qədər pul qazandığı məlum oldu - MƏBLƏĞ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər