Zelenski: Avropa ölkələri Rusiya ilə növbəti danışıqlarda iştirak edəcəklər
Far.Az xəbər saytı

Zelenski: Avropa ölkələri Rusiya ilə növbəti danışıqlarda iştirak edəcəklər


Avropa ölkələri Rusiya ilə növbəti danışıqlarda iştirak edəcəklər.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Berlində "İstəklilər Koalisiyası"nın görüşünün yekunlarına dair Teleqram kanalında paylaşımında bildirib.

Zelenskinin sözlərinə görə, danışıqlarda Avropanı beş ölkə, eləcə də Avropa İttifaqı və NATO təmsil edəcək. O vurğulayıb ki, ABŞ avropalı tərəfdaşların fəal və əlaqələndirilmiş iştirakının zəruriliyini anlayır.

Ukrayna lideri bildirib ki, Kiyev amerikalı nümayəndələrlə növbəti görüşün vaxtını və gündəliyini ayrıca müzakirə etmək niyyətindədir.

"Artıq dördtərəfli görüş olmalıdır: Ukrayna, Avropa, Amerika və Rusiya. Biz buna çox ümid edirik. Görüşün gündəliyi hamımız tərəfindən birgə işlənib hazırlanmalı və təsdiq edilməlidir", - Zelenski deyib.

O, həmçinin danışıqlar prosesinin uzanmaması üçün Moskvaya təzyiqləri artırmağa çağırıb: "Avropa yeni sanksiyalarla hazırdır, Ukraynanı və Ukrayna xalqını dəstəkləmək üçün yeni addımlarla hazırdır. ABŞ-nin Rusiyaya təsir etməsi vacibdir".

Zelenskinin sözlərinə görə, görüşdə həmçinin hava hücumundan müdafiə və Ukraynanın kritik infrastrukturunun qorunması məsələləri müzakirə olunub. O bildirib ki, yayın ortalarından etibarən Rusiya Ukraynaya zərbələr endirərkən ballistik raketlərin və "Shahed" tipli reaktiv pilotsuz uçuş aparatlarının tətbiqini artırır. O əlavə edib ki, tərəfdaşlar Ukraynaya dəstəyi gücləndirməyə razılaşıb və yeni yardım paketləri ilə bağlı müvafiq razılaşmalar qəbul ediblər.

Müzakirənin daha bir mövzusu Ukrayna üçün təhlükəsizlik təminatları olub. Zelenski "Avropa üçlüyü" ölkələrinə və digər tərəfdaşlara Ukraynanın NATO-ya daxil olması ideyasını dəstəklədiklərinə görə təşəkkür edib. "Ukrayna üçün ən yaxşı təhlükəsizlik təminatı - və əslində bütün Avropa üçün təminat - NATO-ya üzvlükdür", - o bildirib.

Zelenski həmçinin Ukraynanın Avropa İttifaqına daxil olmasını konkret təhlükəsizlik təminatı adlandırıb və vurğulayıb ki, NATO və Aİ Avropa təhlükəsizlik arxitekturasının əsası olaraq qalmalıdır.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Leyla Əliyeva və Arzu Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisinin açılışında iştirak ediblər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər