Rusiya XİN: Azərbaycan rusiyalıların İrandan təxliyəsində əhəmiyyətli yardım göstərib
Far.Az xəbər saytı

Rusiya XİN: Azərbaycan rusiyalıların İrandan təxliyəsində əhəmiyyətli yardım göstərib


Azərbaycan Rusiya vətəndaşlarının İrandan təxliyəsində əhəmiyyətli yardım göstərib.

BAKU.WS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov TASS-a müsahibəsində bildirib.

"Bakı rusiyalılara Tehrandakı Rusiya səfirliyinin əvvəlcədən müraciəti ilə 2020-ci ildən bəri fərdi keçidlər üçün bağlanan "Astara" sərhəd keçid məntəqəsindən istifadə etmək imkanı verib", - diplomat qeyd edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Nəticədə Ali lider Əli Xamenei və bir neçə yüksək vəzifəli məmur öldürülüb. Bundan sonra "Astara" sərhəd keçid məntəqəsindən xarici vətəndaşların İrandan Azərbaycana təxliyəsi başlayıb.

Martın 20-dək Rusiyanın azı 323 vətəndaşı da daxil olmaqla 75 ölkənin 2 000-dən çox vətəndaşı İrandan Azərbaycan ərazisi vasitəsilə təxliyə edilib.//Report.az

Oxşar xəbərlər

İrandan Azərbaycana daha 84 nəfərin təxliyəsi baş tutub
İrandan Azərbaycana daha 84 nəfərin təxliyəsi baş tutub - YENİLƏNİB - 3
Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Azərbaycan vətəndaşlarının Ciddədən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər