Qadın balkondan milyonlar səpdi – izdiham yaşandı
Far.Az xəbər saytı

Qadın balkondan milyonlar səpdi – izdiham yaşandı


Çinin Şantou şəhərində qeyri-adi hadisə baş verib. Yaşlı qadın yaşadığı binanın balkonundan küçəyə külli miqdarda pul səpib.

Far.Az xəbər verir ki, qadın ümumilikdə təxminən 1 milyon Honq Konq dolları məbləğində vəsaiti aşağı atıb. Hadisəni görən sakinlər qısa müddətdə əraziyə toplaşıb və pulları toplamaq üçün izdiham yaranıb.

Şahidlərin sözlərinə görə, qadın pəncərəyə dəfələrlə çıxaraq pulları dəstələrlə aşağı atıb. Bəzi vətəndaşların hətta ağaclara ilişən əskinasları götürmək üçün riskli hərəkətlər etdiyi bildirilib.

Hadisə zamanı nəqliyyatın hərəkəti də müvəqqəti olaraq çətinləşib. Əraziyə polis cəlb olunub və qadının bu addımı atmasının səbəbləri araşdırılır.

Sosial şəbəkələrdə yayılan görüntülər isə geniş müzakirələrə səbəb olub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Aeroport yolu buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda güclü yanğın: Hadisə yerindən GÖRÜNTÜLƏR
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər