Antalya Diplomatiya Forumu öz işinə başlayır
Türkiyənin Antalya şəhərində aprelin 17-19 tarixlərində Beşinci Antalya Diplomatiya Forumu (ADF 2026) keçiriləcək.
Far.Az xəbər verir ki, forumun builki mövzusu "Gələcəyi formalaşdırarkən qeyri-müəyyənliklərlə mübarizə"dir. Bu mövzu daha yaxşı bir gələcək qurmaq üçün problemləri əvvəlcədən görməyin və onları effektiv şəkildə həll etməyin vacibliyinə diqqət çəkir. Sözügedən konsept imkan və risklərin müəyyənləşdirilməsi, yeni strategiyaların hazırlanması və qazanılmış təcrübənin real fəaliyyətlərə çevrilməsi vasitəsilə inkişaf proseslərini qabaqlamağın zəruriliyini vurğulayır.
"ADF 2026" platforması qərar qəbul edən şəxsləri, liderləri, diplomatları, akademik dairələrin nümayəndələrini, işgüzar aləmin mütəxəssislərini, vətəndaş cəmiyyəti və media təmsilçilərini bir araya gətirərək, qeyri-müəyyənlikləri ən optimal şəkildə idarə etməyin, təxirəsalınmaz məsələləri həll etməyin və gələcək sınaqlara hazırlaşmağın yollarını axtaracaq. İştirakçılar ikitərəfli görüşlər, interaktiv sessiyalar, panel müzakirələri və açılış nitqləri vasitəsilə regional dinamikaları, qlobal tendensiyaları təhlil edəcək, mümkün həll yolları ətrafında fikir mübadiləsi aparacaq və ən yaxşı təcrübələri bölüşəcəklər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfərə gedib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İrandan bir neçə ölkənin diplomatları Azərbaycana təxliyə edilib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq
-
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi
-
İrançılıq düşüncəsinin paradoksları
-
Qubada 19 kq narkotik aşkarlanıb













